Şəkidə maşın ağaca çırpıldı - Sürücü öldü 

09:00 11.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, şəhərin Aşağı Küngüt kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Ağalarov İbrahim Rəhim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.